SON DƏQİQƏ

www.bakitv.az

Federasiya rəhbərindən qalmaqallı görüntülərlə bağlı açıqlama

Federasiya rəhbərindən qalmaqallı görüntülərlə bağlı açıqlama
21-09-2020, 16:16 28 dəfə baxılıb

Azərbaycanda keçirilməsi planlaşdırılan MMA üzrə ilk IFL (International Fighting League) turniri müzakirələrə səbəb olub.
Belə ki, 19 sentyabr tarixində baş tutan turnirin çəkiölçmə mərasimi və mətbuat konfransında karantin qaydalarının pozulduğu qeyd olunub. Həmçinin, məlum olub  ki, yarışlar Gənclər və İdman Nazirliyinin əsasnaməsi olmadan həyata keçirilib.

İddia olunub ki, yarışların təşkilatçısı Pankration, Qrapplinq və MMA Federasiyasıdır. Lakin Federasiyanın rəhbəri Azad Əsgərov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, turnirin onlarla heç bir əlaqəsi yoxdur:
“Turniri keçirən qondarma adamlardır. Onların heç birinin qeydiyyatı yoxdur. 5-6 nəfər pul yığıb razılıq əsasında yarışlar keçirirlər. Bunun isə bizim federasiya ilə heç bir bağlılığı yoxdur”.

 


ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ