Yunanıstanda koronavirusa yoluxan futbolçumuzu Azərbaycana buraxmadılar
30-11-2020, 13:40
174

Yunanıstanda koronavirusa yoluxan futbolçumuzu Azərbaycana buraxmadılar

Futzal üzrə Çempionlar Liqasının ilkin mərhələsi çərçivəsində Yunanıstanda AEK ilə qarşılaşan “Araz”ın bir oyunçusu koronavirusa yoluxub.
Söhbət Naxçıvan təmsilçisinin qapıçısı Emin Kürdovdan gedir.
Komanda üzvləri Afinaya səfərdən öncə koronavirus testindən keçsə də, heç kimdə xəstəlik aşkarlanmayıb. Lakin oyundan öncə Yunanıstanda götürülmüş COVİD-19 testlərindən biri pozitiv çıxıb. Koronavirusa yoluxduğu üzə çıxan qolkiperin Azərbaycana qayıtmasına icazə verilməyib.
Azərbaycan Futzal Federasiyasının vitse-prezidenti Mahmud Sadıqovun Sportinfo-ya verdiyi məlumata görə, müqavilə ilə “Ekol”a məxsus olan Emin Kürdov “Araz”da icarə əsasında çıxış edir. O, futzalçının azı 10 gün Afinada karantində qalacağını söyləyib.
Əsas vaxtında 3:3 hesabı qeydə alınan AEK – “Araz” matçında meydan sahibləri penalti seriyasında qalib gələrək növbəti mərhələyə yüksəlib.

Oxşar xəbərlər