Mərhum diktatorun oğullarının həbsxanadakı lüks həyatı
14-01-2021, 17:14
179

Mərhum diktatorun oğullarının həbsxanadakı lüks həyatı

Misirin mərhum, devrilmiş lideri Hüsnü Mübarəkin oğulları ilə birlikdə həbsdə olan musiqiçi həbsxanadakı lüks yaşayış şərtlərindən danışıb.
Musiqiçi Hani Mehanna Qamal və Ala Mübarək, iş adamları Əhməd Əz və Həşam Tələt Mustafa və keçmiş daxili işlər naziri Həbib əl-Ədli ilə həbsxanada olduğunu iddia edib.
Onun sözlərinə görə, Tora həbsxanasında 3000 nəfər üçün kifayət qədər böyük bir binada ümumilikdə 16 nəfər var idi.
Hşam Mustafanın həbsxanada olduqları müddətdə lüks salonu olan bir məscid, Əhməd Əzin bir idman salonu və SPA inşa etdiyini deyib. Həbsxanada hər gün bilyard, stolüstü tennis oynanılıb, kondisioner olub, təzə yeməklər verilib. Mübarəkin oğulları ilə dost olan Mehanna ona televizor və soyuducu aldıqlarını söyləyib.
Bu ifşa insan haqları müdafiəçiləri arasında qəzəbə səbəb olub. Çünki Misirdə 60000 siyasi məhbus günəş işığından məhrum və ağır şərtləri olan yerlərdə saxlanılır. Hər kamerada təxminən 40 məhbus var və yer az olduğundan növbə ilə yatmalı olurlar. Onlar da sistematik şəkildə işgəncə olunur, cəza olaraq tibbi yardım və görüşlərdən məhrum edilirlər.

Oxşar xəbərlər