SON DƏQİQƏ

www.bakitv.az

Sarkisyan Paşinyanın təklifinə imza atmadı

Sarkisyan Paşinyanın təklifinə imza atmadı
25-02-2021, 15:09 21 dəfə baxılıb

Ermənistan prezidenti Armen Sarkisyan ölkənin baş naziri Nikol Paşinyanın Baş Qərargah rəisi general-polkovnik Onik Qasparyanın istefaya göndərilməsi barədə təklifini alıb.
Bu barədə Ermənistan Prezident Administrasiyasından bildirilib.
Məlumata görə, prezident hələlik bu təklifi imzalamayıb. Ermənistan Konstitusiyasının 139-cu maddəsinə əsasən, prezident üç gün ərzində sərəncamı imzalamaqdan imtina edə və öz etirazı ilə birlikdə təklifi Nikol Paşinyana geri göndərə bilər. Əgər məsul orqan bu etiraz qəbul etmirsə, prezident müvafiq akt imzalayır və ya Konstitusiya Məhkəməsinə müraciət edir. (Report)
Xatırladaq ki, hökumət başçısının sərəncamı hələlik qüvvəyə minməyib. Bunun üçün Ermənistan prezidenti Armen Sarkisyan O.Qasparyanın istefaya göndərilməsi barədə qərarı imzalamalıdır.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ