SON DƏQİQƏ

www.bakitv.az

Sabah Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək

Sabah Azərbaycan, Rusiya və Ermənistan rəsmiləri görüşəcək
28-02-2021, 12:16 24 dəfə baxılıb

Martın 1-də Azərbaycan, Rusiya və Ermənistan baş nazir müavinlərinin təmsil olunduğu Qarabağ üzrə üçtərəfli İşçi Qrupun videokonfrans formatında növbəti görüşü keçiriləcək.
Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk İşçi Qrupun üçüncü iclasının nəticələrinə əsasən deyib.
Onun sözlərinə görə, bundan öncəki iclasda Azərbaycan, Rusiya və Ermənistan arasında nəqliyyat və iqtisadi əlaqələr sahəsində razılaşmaların həyata keçirilməsi müzakirə edilib.
Overçuk iclas iştirakçılarının 10 noyabr bəyanatının 9-cu bəndinin icrasından irəli gələn birgə işin əsas istiqamətlərini, həmçinin 11 yanvar bəyanatının 2,3,4 -cü bəndlərini müzakirə etdiyini söyləyib.
"Tərəflər dəmir yolu, avtomobil yolu və kombinə edilmiş daşınma, habelə sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitariya və digər nəzarət növləri daxil olmaqla daşınmanın təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair ekspert quplarının hesabatlarına baxdılar. Səlahiyyətli orqanlara MDB çərçivəsində bağlanmış beynəlxalq müqavilələrin və yuxarıda göstərilən daşımaların həyata keçirilməsinə dair üçüncü ölkələrlə bağlanmış beynəlxalq müqavilələrin inventarlaşdırılması tövsiyə edildi", - deyə Overçuk vurğulayıb.
Qeyd olunub ki, İşçi qrup Qarabağın inkişaf planlarını martın 1-dək təqdim etməlidir.

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ