"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"
7-08-2020, 22:28
275

"Bu fəlakət koronavirusdan 5 dəfə daha çox insanı öldürəcək"

Bill Qeytsdən  qorxunc açıqlama...
"2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq"

ABŞ milyarderi Bill Qeyts iqlim fəlakətinin hazırkı ana qədər 700 min adamın canını alan koronavirus pandemiyasından 5 dəfə daha çox insanı öldürəcəyini bildirib.

Bakitv.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “HighTech+” portalında məlumat yayılıb.

Bill Qeyts koronavirus ölümlərinin səviyyəsini illik orta temperaturun artması səbəbindən baş verə biləcək ölümlərlə müqayisə edib. Onun fikrincə, 2100-cü ilə qədər iqlim dəyişikliyi hazırkı statistikanın qat-qat üzərində insan həyatına son qoyacaq.

“Əgər iqlim dəyişikliyinin zərərini bilmək istəyirsinizsə “COVİD-19”un törətdiklərinə baxın. Pandemiyanın gətirdiyi ölüm və kasıblıq, karbon qazının emissiyasına qalib gəlmədiyimiz müddətcə həmişə baş verəcək. Yaxın 40 ildə qlobal temperaturun qalxması nəticəsində hər 100 min nəfərdən 14-ü öləcək. Əsrin sonlarına qədər bu, 73 nəfərə qalxacaq. Yalnız karbon emissiyasını azaldacağımız təqdirdə həmin rəqəm 10-a enə bilər”, - deyə, o qeyd edib.

Oxşar xəbərlər