3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü
1-03-2021, 18:20
168

3 yaşlı qız 12-ci mərtəbədən kuryerin qucağına düşdü

Vyetnamda bir binanın 12-ci mərtəbəsində 3 yaşlı qız balkon çubuqlarından asılı vəziyyətdə qalıb.
Bu zaman azyaşlını görən insanlar kömək istəməyə başlayıb. Həmin vaxt hadisə yerində olan kuryer qollarını açaraq qızı xilas etmək üçün gözləyib. Saniyələr sonra körpə kuryerin qucağına düşüb.
Qeyd edək ki, qız uşağı və kuryer yaralanaraq xəstəxanaya yerləşdirilib.

Oxşar xəbərlər