Ermənistanda müxalifət bu gün yenidən mitinq keçirəcək
2-03-2021, 10:12
139

Ermənistanda müxalifət bu gün yenidən mitinq keçirəcək

Ermənistanın müxalif "Vətənin qurtuluşu hərəkatı" Yerevanın mərkəzindəki Baqramyan prospektini yalnız baş nazir Nikol Paşinyanın vəzifədən gedəcəyi təqdirdə azad edəcək.
Bu barədə müxalifət hərəkatının koordinatoru İşxan Saqatelyan bildirib.
"Nikol mövcud deyil, vəssalam", - o deyib.
İşxan Saqatelyan həmçinin bildirib ki, müxalifətin növbəti mitinqi bu gün yerli vaxtla saat 16:00-də olacaq.
"Sabah biz etiraz aksiyalarını davam etdirəcəyik", - o əlavə edib. (Report)

Oxşar xəbərlər