Məktəbə silahlı hücum təşkil edildi, yaralanan var
2-03-2021, 11:15
138

Məktəbə silahlı hücum təşkil edildi, yaralanan var

ABŞ-ın Arkanzas ştatındakı bir məktəbə silahlı hücum təşkil edilib.
Hadisə nəticəsində bir şagird yaralanıb. Hücumdan sonra məktəb nəzarətə götürülüb, hadisə yerinə çox sayda polis qrupu və təcili yardım göndərilib.
ABŞ mətbuatında yer alan xəbərlərdə “Pine Bluff” polisinin yaralı şagirdin vəziyyətinin ağır olduğunu bildirdiyi qeyd olunub.
Qeyd edək ki, hadisəni törədən şəxs həbs edilib.

Oxşar xəbərlər