Suriyada neft emalı müəssisələrinə raket hücumu oldu
6-03-2021, 10:40
141

Suriyada neft emalı müəssisələrinə raket hücumu oldu

Suriyanın şimalındakı Jarablus və Əl Bab bölgələrində iki fərqli nöqtəyə ballistik raket hücumu təşkil edilib.
Sözügedən ərazilərə 3 raket atılıb. Hadisə nəticəsində 1 mülki vətəndaş ölüb, 18 nəfər isə yaralanıb.
Bildirək ki, hücumların baş verdiyi ərazilərdə neft emalı müəssisələri yerləşir, bir çox tankerin yandırılması nəticəsində şiddətli partlayışlar baş verib. Balistik raketlərin kim tərəfindən atıldığı hələ müəyyənləşdirilməyib. Yaralılar ətrafdakı xəstəxanalara aparılıb.

Oxşar xəbərlər