Çində güclü yanğın - Ölənlər var
23-04-2021, 11:10
155

Çində güclü yanğın - Ölənlər var

Çinin Şanxay şəhərində sənaye obyektlərindən birində baş vermiş yanğın zamanı səkkiz nəfər olub.
Bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Qeyd edilir ki, həlak olanlar arasında iki yanğınsöndürən də var.
Yanğın Szinşan ərazisində “Shanghai Shengrui Electronic Technology” şirkətinin sənaye obyektlərindən birində baş verib. Yerli vaxtla saat 6:20-də (Bakı vaxtı ilə saat 2:20-də) alovu söndürmək mümkün olub.
Axtarış-xilasetmə əməliyyatı demək olar, bütün gecə davam edib, nəticədə xilasedicilər səkkiz nəfərin meyitini aşkarlayıblar, onlardan ikisi çağırışa gələn yanğınsöndürənlər olub.
Hazırda fövqəladə hadisənin baş verdiyi yerdə yanğının fəsadlarının aradan qaldırılması üzrə işlər görülür. Yanğının başvermə səbəbləri hələ müəyyənləşdirilməyib. Araşdırma aparılır.

Oxşar xəbərlər