Gürcüstan DİN-dən azərbaycanlılara hücumla bağlı AÇIQLAMA
17-05-2021, 13:00
174

Gürcüstan DİN-dən azərbaycanlılara hücumla bağlı AÇIQLAMA

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Dmanisidə qarşı tərəfləri polisin qanuni tələblərinə əməl etməyə çağırıb.
Qurum bununla bağlı rəsmi açıqlama yayıb.
DİN tərəfləri mübahisənin süni şəkildə etniklərarası qarşıdurmaya çevrilməməsi üçün sakitliyə çağırıb.
Bildirilib ki, qarşıdurmaların təkrarlanmasının qarşısını almaq üçün polis əməkdaşları Dmanisiyə səfərbər olunub və ictimai asayiş qorunur.
“Dmanisidəki vətəndaşları qanunun tələblərinə əməl etməyə çağırırıq. Polis mandatı çərçivəsində hərəkət edəcək və istənilən qanun pozuntusuna müvafiq reaksiya verəcək” – məlumatda qeyd olunub.

Oxşar xəbərlər