“Anna Akopyan Fransaya tətilə gedir“ - Bu xəbər Ermənistanı qarışdırdı
27-07-2021, 12:19
138

“Anna Akopyan Fransaya tətilə gedir“ - Bu xəbər Ermənistanı qarışdırdı

Anna Hakobyan bu il tətilini Fransada keçirtmək istəyir.
Bu barədə ermənistanın "İravunk" qəzeti yazıb.
Nəşr baş nazirin arvadı haqqında qeyd edir: “Əldə etdiyimiz məlumata görə, Anna Akopyan avqustun əvvəllərində Parisə yola düşəcək. Qaynağımızın bildirdiyinə görə, o, tətilə tək gedəcək”.
Bu xəbər sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Erməni sosial şəbəkə iştirakçıları məğlub ölkənin birinci xanımının tətilə getməsini sərt şəkildə qınayıblar.

Oxşar xəbərlər