Kabil hava limanındakı partlayışda ölənlərin sayı 90-a çatdı (YENİLƏNİB)
27-08-2021, 10:06
144

Kabil hava limanındakı partlayışda ölənlərin sayı 90-a çatdı (YENİLƏNİB)

Kabil hava limanı yaxınlığındakı partlayışlar nəticəsində ölənlərin sayı 90-a çatıb. 
Bu barədə Əfqanıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, sözügedən partlayışı İŞİD terror qruplaşması öz üzərinə götürüb. 
***22:46
Kabİl hava limanında baş verən partlayışlar nəticəsində 60 nəfər ölüb, 140 nəfər yaralanıb.
Bu barədə BBC Əfqanıstanın yüksək vəzifəli səhiyyə işçisinə istinadən məlumat yayıb.
***21:36
Xəbər verdiyimiz kimi, Kabil hava limanında terror aktı törədilib. 
Bu barədə Pentaqonun mətbuat katibi Con Kirbinin yaydığı bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, hava limanına edilmiş kompleks hücum nəticəsində ABŞ hərbçiləri arasında ölənlər və yaralananlar var.

Oxşar xəbərlər