Lavrov Mirzoyanla Qarabağdan danışacaq
31-08-2021, 19:05
186

Lavrov Mirzoyanla Qarabağdan danışacaq

"Danışıqlar zamanı Dağlıq Qarabağdakı vəziyyəti ayrıca müzakirə edəcəyik".
Bunu Moskvada Ermmənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov bildirib.
Lavrov bu gün ikitərəfli sahədə işlərin vəziyyəti ilə bağlı fikir mübadiləsi aparmaq üçün yaxşı bir fürsət olduğunu qeyd edib.
O, Rusiya və Ermənistanın KTMT-də müttəfiq olduğunu xatırladıb.
"Üstəlik danışıqlarımızda bir mövzu da Dağlıq Qarabağın nizamlanmasındakı vəziyyətdir. Burada birbaşa Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri tərəfindən müzakirə olunan bir sıra məsələlər var. Hərbçilərimizin, sərhədçilərimizin erməni və azərbaycanlı həmkarlarımızla birlikdə gündəlik həll etdikləri məsələlər var. Baş nazirin müavinləri səviyyəsində iqtisadi və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması ilə bağlı üçtərəfli işçi qrupunun mexanizmi mövcuddur. Beləliklə, gündəm doludur", - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Oxşar xəbərlər