Böyük Britaniya Əfqanıstanda onları bombalayacağını bildirdi
31-08-2021, 19:31
182

Böyük Britaniya Əfqanıstanda onları bombalayacağını bildirdi

"Böyük Britaniya Əfqanıstanda İŞİD-in hədəflərinə yeni hücumlar etməyə hazırdır".
"The Daily Telegraph" qəzeti xəbər verir ki, bunu Britaniya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Maykl Uiqston müsahibəsində bildirib.
"Nəticə etibarilə hər şey İŞİD-i məğlub etmək üçün qlobal koalisiyada rol oynaya bilməyimizə bağlıdır: istər zərbə endirməklə, istərsə də silahları müəyyən bir ölkəyə tez və lazımi miqdarda köçürməklə", - deyə Baş Qərargah rəisi vurğulayıb.

Oxşar xəbərlər