Türkiyə və Tacikistan prezidentləri Əfqanıstandakı vəziyyəti müzakirə edib
9-09-2021, 23:37
171

Türkiyə və Tacikistan prezidentləri Əfqanıstandakı vəziyyəti müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və onun tacikistanlı həmkarı Emoməli Rəhmon arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Tərəflər Türkiyə-Tacikistan əlaqələrini müzakirə edib, başda Əfqanıstan olmaqla regional proseslərlə bağlı fikir mübadiləsi aparıb.
Ərdoğan Emoməli Rəhmonu Tacikistanın müstəqilliyinin 30 illiyi münasibətilə təbrik edib. O, Türkiyənin Tacikistanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb və əlavə edib ki, Türkiyə Tacikistanın yanında olmağa davam edəcək.

Oxşar xəbərlər