Rusiyada binada partlayış: Ölənlər var
11-09-2021, 14:39
186

Rusiyada binada partlayış: Ölənlər var

Rusiyanın Lipetsk vilayətinin Yelets şəhərində 16 mənzilli 2 mərtəbəli binada gecə partlayış baş verib.
Rusiya mətbuatı xəbər verir ki, partlayış nəticəsində biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Bölgəyə Rusiya Fövqəladə Hallar Nazirliyinin axtarış-xilasetmə qrupları göndərilib.
Rusiya İstintaq Komitəsi partlayışla əlaqədar araşdırma başladıb.
Araşdırmanın ilkin nəticəsinə görə, binanın girişində təbii qaz xəttində sızma olub və bu səbəbdən patlayış baş verib.

Oxşar xəbərlər