“Taliban“ bayrağını Prezident Sarayına sancdı
12-09-2021, 10:50
174

“Taliban“ bayrağını Prezident Sarayına sancdı

“Taliban” 11 sentyabr hücumlarının ildönümündə Əfqanıstan Prezident Sarayına öz bayrağını sançıb.
“Associated Press” xəbər verir ki, bu addım Əfqanıstan tam nəzarətə götürdükdən bir ay sonra atılıb.
Əfqanıstanın iki müvəqqəti baş naziri Məhəmməd Həsən Axund Kabildəki Prezident Sarayında Əfqanıstanda müvəqqəti hökumətinin andiçmə mərasimində "Taliban" bayrağını qaldırıb.
Qruplaşma ABŞ səfirliyinin girişindəki plakatı da boyayıb.
Xatırladaq ki, radikal hərəkat ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə həmahəng avqustun 15-də Kabili ələ keçirib.

Oxşar xəbərlər