Türkiyə ordusundan terrorçulara qarşı növbəti ƏMƏLİYYAT
17-09-2021, 11:46
151

Türkiyə ordusundan terrorçulara qarşı növbəti ƏMƏLİYYAT

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında yerləşən Qara bölgəsində terrorçu PKK qruplaşmasının 6 silahlısını zərərsizləşdirib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
“İraqın şimalındakı terror yuvalarını yerlə bir edirik. Qara bölgəsində icra edilən hava əməliyyatı nəticəsində terrorçu PKK qruplaşmasının 6 silahlısı zərərsizləşdirilib. Terrora qarşı mübarizəmiz daha təsirli və qətiyyətli şəkildə davam edəcək”, - məlumatda vurğulanıb.

Oxşar xəbərlər