Hadrut erməniləri hökumətin əsas binası qarşısında mitinq keçirdi - VİDEO
17-09-2021, 13:36
164

Hadrut erməniləri hökumətin əsas binası qarşısında mitinq keçirdi - VİDEO

Qarabağın işğalından sonra ərazilərimizdə, xüsusən də Hadrutda qanunsuz olaraq məskunlaşdırılan ermənilər Azərbaycan ordusunun Vətəni işğalçılardan təmizləmək uğrunda əsk-həmləsindən sonra İrəvana qayıtmışdılar. 
Bu gün yüzlərlə erməni yenidən Ermənistan hökumətinin əsas binası qarşısında etiraz aksiyası keçirib.
Hadrutun ordumuz tərəfindən azad edilməsindən sonra ermənilərin yaratdığı "Hadrut Uğrunda" QHT-nin sədri Levon Hayryan jurnalistlərə deyib ki, onlar bir çox səbəbə görə etiraz edir:
"Hərəkatımız və bugünkü toplanışımız birtərəfli deyil. Problemlərimiz siyasi, məişət və şəxsi məsələlərdir. 4-5 ay əvvəl Ermənistan hökumətinin bütün planlarını öyrəndik - bizə mənzillər veriləcəkdi, normal şərait qurulmalı idi. Amma onlar bunun heç birini etmədi". 

Oxşar xəbərlər