Ermənistanı etiraz aksiyaları bürüdü – Video
8-12-2020, 16:59
193

Ermənistanı etiraz aksiyaları bürüdü – Video

Ermənistanda Baş nazir Nikol Paşinyana verilən müddət başa çatdıqdan sonra kütləvi itaətsizlik aksiyasına start verilib.
Aksiya ölkə boyu keçirilir. Paytaxt İrəvan da daxil Ermənistanın regionlarını “Nikol, get!”, “Nikol satqındır!” şüarları bürüyüb
Artıq bəzi regionlarda yerli hakimiyyətlərin inzibati binalarını zəbt edib.
Bildirilir ki, Ermənistanın ikinci böyük şəhəri olan Gümrüdə etirazçılar Şirak vilayətinin administrativ binasına giriş-çıxışı bağlayıb.
Aksiyalar polis zorakılığı ilə müşayiət olunur. Yerkir.am saytı yazır ki, Artaşat rayon polis şəbəsində etirazçılara fiziki zor tətbiq edilib.
Bu arada Spitak şəhərinin meri Qaqik Saakyan da Nikol Paşinyanın istefasını tələb edənlərə dəstək verib.  Bundan başqa, Araqatsotnsk vilayətinin rəhbərliyi də aksiya iştirakçılarını dəstəkləyib.
Erməni mediası yazır ki, ümumiyyətlə, Ermənistanın əksər vilayətlərinin rəhbərliyi Nikol Paşinyanın istefasını tələb edir.
İrəvanda isə aksiya iştirakçılarının Baş Prokurorluq, Milli Təhlükəsizlik Xidməti və digər dövlət qurumlarının inzibati binalarına giriş-çıxışı bağladıqları, nəqliyyatın hərəkətini iflic etdiyi bildirilir. Hətta metro da fəaliyyətini dayandırıb.
Aksiya iştirakçıları özləri ilə ətir və saat gətiriblər. Bu, Paşinyanın 10 noyabr gecəsi baş verən aksiyadan sonra “kabinetimdən ətir və saatımı oğurlayıblar” iddiasına cavabdır.
Ekspertlər hesab edir ki, aksiyalar davam edəcək və daha kütləvi xarakter alacaq. Bu qənaət Ermənistanda siyasi proseslərə əhəmiyyətli dərəcədə təsiri olan katalikos II Qareginin bəyanatından sonra daha da möhkəmlənib. Məlumat üçün deyək ki, katalikos Nikol Paşinyanı istefaya çağırıb.
 

Oxşar xəbərlər