Nəvə nənəsi ilə babasını barışdırmaq üçün dövlətdən yardım istədi - Türkiyədə (FOTO)
23-12-2020, 13:20
278

Nəvə nənəsi ilə babasını barışdırmaq üçün dövlətdən yardım istədi - Türkiyədə (FOTO)

Türkiyədə maraqlı hadisə yaşanıb.
Aksaray şəhərində yaşayan Burcu Karip adlı 21 yaşlı qız küsmüş nənə və babasını barışdırmaq üçün prezident aparatına məktub yazıb. Türkiyə prezidenti yanında Kommunikasiya Mərkəzi (CİMER) məktubu Aksaray valisinə yönləndirib.
Aksaray valisi Hamza Aydoğdu gənc qızın arzusunu yerinə yetirib. Küsüb evdən gedən 75 yaşlı Mehmet Kariplə görüşən vali onu evə qayıtmağa razı sala bilib. 70 yaşlı Güllü Kariplə barışan baba 3 aydır küsülü olsalar da, bir-birlərini sevdiklərini söyləyib. Vali hər evdə belə şeylər ola biləcəyini deyərək barışdıqlarına görə yaşlı cütlüyə təşəkkür edib. Çay içib söhbətləşdikdən sonra evdəkilərlə sağollaşan Hamza Aydoğdu 21 yaşlı qıza nənə-babasını bir daha küsməyə imkan verməməyi tapşırıb.
Nəvə nənəsi ilə babasını barışdırmaq üçün dövlətdən yardım istədi- Türkiyədə (FOTO)

Oxşar xəbərlər