Yaponiyada 5 nəfərdə mutasiyaya uğramış təhlükəli koronavirus tapıldı
25-12-2020, 20:46
190

Yaponiyada 5 nəfərdə mutasiyaya uğramış təhlükəli koronavirus tapıldı

İngiltərədə ortaya çıxan koronavirusun mutasiyaya uğrayan yeni növü sürətlə digər ölkələrə də yayılmağa davam edir.
Artıq İngiltərədən Yaponiyaya qayıdan 5 nəfərdə bu növ aşkarlanıb. Bu barədə ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi məlumat yayıb. Açıqlamaya görə, onlar hazırda karantin altına alınıb.
Xatırladaq ki, Livan Səhiyyə Naziri Həməd Həsən də bu gün sosial media hesabında  ölkədə bir nəfərdə virusun yeni növünün aşkarlandığını bildirmişdi.

Oxşar xəbərlər