SON DƏQİQƏ

www.bakitv.az

İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”

İranın səhiyyə naziri: “May ayının sonlarında koronavirusu nəzarət altına alacağıq”
7-04-2020, 10:22 49 dəfə baxılıb

İranın Səhiyyə naziri Səid Nemeki, mayın sonuna qədər ölkədə yeni növ koronavirusun (COVID-19) yayılmasını nəzarətdə saxlamağı hədəflədiklərini söyləyib.
Bakı Tv Fars Xəbər Agentliyinə istinadən xəbər verir ki, Nemeki İran Məclisindəki millət vəkillərinə müraciət edərək, “COVID-19” ilə əlaqədar ölkədə baş verən son hadisələri qiymətləndirib.
Belə ki, Nemeki, “İnşallah may ayının sonuna qədər COVID-19-u nəzarət altına alacağıq” deyə bildirib.
Virusa nəzarət etmək üçün sosial məsafənin və təcrid olunmağın vacibliyinə diqqət çəkən Nemeki, “Epidemiyanın uzun müddət davam etməsi iqtisadiyyata zərər verir. Sağlamlıq tədbirləri çərçivəsində alınan qərarların iqtisadiyyatı pozmayacaq qərarlar olduğuna diqqət edirik” deyə qeyd edib.
Xatırladaq ki, Çindən dünyaya yayılan “COVID-19” əvvəlcə fevralın 19-da İranın Qum şəhərində görülüb, daha sonra qısa bir zamanda isə bütün ölkəyə yayılıb

ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
SON DƏQİQƏ