Veronika Qudis Dünya Çempionatında lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi
20-09-2019, 20:00
573

Veronika Qudis Dünya Çempionatında lentlə hərəkətləri Müslüm Maqomayevin kompozisiya ilə təqdim etdi

Azərbaycan gimnastı Veronika Qudis Bakıda keçirilən 37-ci Bədii Gimnastika üzrə Dünya Çempionatının üçüncü günü çərçivəsində lentlə hərəkətlərdə çıxış edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, .Qudis lentlə proqramı Müslüm Maqomayevin repertuarından olan tanınmış "Mavi sonsuzluq" kompozisiyasının sədaları altında təqdim edib.
V.Qudis bildirib: "Azərbaycanda bu mahnını çox sevirlər, hətta deyə bilərəm ki, "Mavi sonsuzluq" kompozisiyası bütün dünyada tanınır. Bu mahnı ilə çıxış etmək izaholunmaz duyğudur. Lentlə proqramı biz təxminən 6 ay hazırlamışıq".

Oxşar xəbərlər