Bakıda 30 yaşlı kişi bıçaqlanıb
4-07-2020, 16:00
260

Bakıda 30 yaşlı kişi bıçaqlanıb

Bakıda 30 yaşlı kişi bıçaqlanıb... 
Məlumata görə hadisə Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.
Naməlum şəxs qəsəbə sakini, 1990-cı il təvəllüdlü N. Ağayevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
Sabunçu rayon Polis İdarəsinin 15-ci il Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Vəfadar Rəsulov tutulub.
Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

bakitv.az

Oxşar xəbərlər