"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
5-08-2020, 16:57
239

"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb

"Yeni Klinika"da mərhum jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb
Bir neçə gün öncə koronavirusdan vəfat etmiş jurnalist Əmrah Fəqanoğlunun telefonu oğurlanıb.

Bakitv.az xəbər verir ki, bu barədə jurnalistin oğlu məlumat verib.

O, məsələnin ictimailəşməsində və bu məsələnin həll olmasında köməklik göstərilməsini xahiş edib: "17 iyul 2020 ci il tarixdən 28 iyul 2020 ci il tarixə qədər özünə təhvil verdiyim Əmrah Fəqanoğluna məxsus olan telefon müalicə aldığı "Yeni Klinika" tərəfindən ailəsi və yaxınlarına təhvil verilməyib və oğurlanıb, itib adı altında məlumat verilib. Bu cür məsuliyyətsizlik və mənəvi dəyəri olan şəxsi əşyanın qaytarılmaması yolverilməzdir".

Qeyd edək ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu iyulun 28-də müalicə aldığı "Yeni Klinika"da vəfat edib.

Oxşar xəbərlər