Ağcabədidə ağır qəza, 2 yaralı
18-08-2020, 11:40
203

Ağcabədidə ağır qəza, 2 yaralı

Ağcabədi rayonunun Hindarx qəsəbəsində yol qəzası qeydə alınıb.
Bakıtv.az APA-ya istinadən xəbər verir ki, Namazov Sabit Bəyoğlan oğlunun idarə etdiyi "VAZ 2106" markalı 04 BK 956 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn "VAZ 2106" markalı avtomobillə toqquşub.
Nəticədə S.Namazov və onun avtomobilində olan sərnişin, 1991-ci il təvəllüdlü Qasımov Yavər Teymur oğlu müxtəlif dərəcəli xəsarət alıb. Hər iki yaralı Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər