İyun ayında ölüm halları kəskin artıb - Ötən illə müqayisədə 2163 nəfər...
18-08-2020, 15:39
332

İyun ayında ölüm halları kəskin artıb - Ötən illə müqayisədə 2163 nəfər...

Rəsmi məlumata görə 2020-ci ilin iyun ayında Azərbaycanda 6203 ölüm faktı qeydə alınıb. Müqayisə üçün, 2019-cu ilin iyun ayında bu göstərici 4055, 2014-2019-cu illərdə iyun ayı üzrə orta ölüm göstəricisi 4040 təşkil edib. Başqa sözlə bu ilin iyununda “artıq” ölüm 2163 təşkil edib.
TƏBİB-in verdiyi məlumata görə 2020-ci ilin iyun ayında COVID-19 xəstəliyi təsdiqlənmiş 150 nəfər vəfat edib. “AzPolitika.info” xəbər verir ki, bu barədə iqtisadçı ekspert Toğrul Vəliyev bildirib.
Ölüm hallarının kəskin artımın səbəbi nə ola bilər? Ekspertlərə hesab edirlər ki, COVİD-19 infeksiyasından ölüm hallarının rəsmi məlumatda göstərilənlərdən çox olması, pandemiyaya görə tibbi xidmətlərə, habelə dərman ləvazimatlarına əlçatanlığın azalması ölüm hallarını yüksəldə bilər.
Bundan başqa daha iki faktorun statistikanın yüksəlməsində rolu olması mümkündür.
Birincisi, əhalinin sosial vəziyyətinin pisləşməsi, iş və gəlir mənbələrinin kəskin aşağı düşməsi tibbi xidmətlərdən istifadəni çətinləşdirir. Vətəndaşlar ölkədə pullu səhiyyə xidmətdindən istifadə etməklə keyfiyyətli tibbi xidmət ala bilmirlər. Xatırladaq ki, pandemiya ilə bağlı hökumət qurumları ixtisara saldığı xərclər sırasında tibbi sığortanın tətbiqi ilə bağlı nəzərdə tutulan xərclər təxirə salınması ilk yerdə gəlir.
Başqa bir məqam “evdə qal” rejiminin psixi, nevroloji problemlərdən, şəkərli diabetdən əziyyət çəkən insanların səhhətinə mənfi təsir göstərib. Ekspertlərin qənaətinə görə, bu səbəbdən dünyasnı dəyişənlərin sayı kifayət qədərdir.
Xatırladaq ki, avqustun 17-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 124 yeni yoluxma faktı qeydə alınıb, 167 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 34 343 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 042 nəfər müalicə olunaraq sağalıb, 508 nəfər vəfat edib, aktiv xəstə sayı 1 793 nəfərdir.

Oxşar xəbərlər