Polis əməliyyat keçirdi: Narkotik alverçiləri tutuldu
6-05-2021, 14:24
144

Polis əməliyyat keçirdi: Narkotik alverçiləri tutuldu

Bakıda narkotik alverçiləri tutulub.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçiriblər. Nəticədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Cəlilabad rayon sakini Ü.Səlimzadə Sabunçu rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 56 qramdan artıq heroin, Məmmədli qəsəbəsində kirayədə yaşadığı evdən isə 1 kiloqramdan artıq heroin aşkar edilərək götürülüb.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Oxşar xəbərlər