Şəkidə ağır qəza: Ölən var
17-05-2021, 10:39
159

Şəkidə ağır qəza: Ölən var

Mayın 15-i saat 23 radələrində Şəki rayonu Qoxmuq kəndi ərazisində Zəngilan rayon sakini İ.Kərimovun idarə etdiyi “Volkswagen” və Şəki şəhər sakini E.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. 
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, nəticədə “VAZ-2107” –də sərnişin qismində əyləşən F.Verdiyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, mayın 16-da orada ölüb.
Faktla bağlı Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər