Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO
25-08-2020, 11:04
357

Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı - FOTO

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-Xaş 2020” kompleks tədbirlər planına uyğun olaraq kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin məsuliyyətə cəlb olunmaları istiqamətində tədbirlər uğurla davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Bakıtv.az-a verilən məlumata görə, daxil olan məlumat əsasında Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən rayonun Şərəfxanlı kənd sakini Elmin Mirzai saxlanılıb. 
E.Mirzainin yaşadığı ünvana baxış keçirilən zaman evinin həyətindən aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi, ümumi çəkisi 16 kiloqramdan artıq 14 ədəd çətənə kolu müəyyən olunaraq götürülüb.
Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.
Ağcabədidə narkotik vasitə yetişdirən şəxs saxlanıldı- FOTO

Oxşar xəbərlər