Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb
20-07-2021, 11:21
483

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb. APA-nın yerli bürosunun xəbərinə görə, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər