“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...
5-09-2020, 14:53
278

“Atam dedi ki, özünü öldür” - İntihar edən qızın mesajları sosial şəbəkədə gündəm oldu...

Azyaşlı qızın intiharı ölkədə səs-küyə səbəb olub. Hadisə Türkiyənin İzmir şəhərində baş verib. 

15 yaşlı gənc qız təqaüddə olan hərbçi atasının tapançasıyla özünü başından vuraraq öldürüb. Gənc qızın intihar etməsiylə bağlı dərhal araşdırmalara başlanılıb. Bununla yanaşı, gənc qızın sosial şəbəkədəki paylaşımları gündəm olub. O, paylaşımlarında atasının onu ölü görmək istədiyini yazıb.  

Busə Melisa adlı qız paylaşımları zamanı, “ölümdən çox atamdan qorxuram” yazıb. İntihar hadisəsindən sonra gənc qızın atasıyla mübahisə etdiyi öyrənilib və buna görə atasının da izahatı alınıb.  
Gənc qız paylaşımında “atamın məni öldürməyəcəyini bilirəm. Bunu edə bilməz. Mənə özünü öldür, başıma gələn ən pis şeysən və ya silahı başına tutub atəş aç, bir gün ağlayar və sonra həyatıma davam edərəm. Artıq bunu etməliyəm kimi özümü hiss edirəm. Çox düşünməli deyiləm, qorxuram”-deyib. 

B.Melisa atasının onu dəfələrlə təhqir etdiyini bildirib. 

Oxşar xəbərlər