Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb - FOTO
12-09-2020, 09:10
302

Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb - FOTO

Şəki Şəhər Rayon Polis Şöbəsinə şəhər ərazisində yerləşən fərdi yaşayış
evindən xeyli məbləğdə pul və qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət
daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan DİA.AZ-a verilən məlumata görə,
daxil olmuş müraciətlə əlaqədar olaraq həmin ünvana baxış keçirilib, zərərçəkmişə
məxsus evdən 8 min ABŞ dolları, 8 min manat pul və 6 min manat dəyərində qızıl-
zinət əşyalarının oğurlandığı müəyyən edilib. Keçirilmiş təxirəsalınmaz istintaq və
əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 3
nəfər Şəki şəhər sakini- Elgün Rəsulov, Anar Abdulhəmidov və Səxavət
Mustafayev saxlanılıb.
Saxlanılan şəxslərin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, E.
Rəsulov, A.Abdulhəmidov və S.Mustafayev qabaqcadan əlbir olub, həmin evə
oğurluğa girməyi planlaşdırıblar. Onlar ev sahibini və ailə üzvlərini izləyərək,
heçkimin olmadığı müddətdə ora daxil olublar. Pul və qızıl-zinət əşyalarını
oğurladıqdan sonra isə öz aralarında bölüblər. Polis əməkdaşlarının keçirdikləri
tədbirlərlə oğurlanmış qızıl və pul onlardan maddi sübut kimi götürülüb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, hər
üçü təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onların digər cinayət
əməllərində iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində
tədbirlər davam etdirilir.

Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb
Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb
Şəkidə evdən qızıl və pul oğurlayan cinayətkar qrup saxlanılıb


Oxşar xəbərlər