Siyəzəndə yük maşını aşıb, sürücü ölüb
15-09-2020, 16:12
215

Siyəzəndə yük maşını aşıb, sürücü ölüb

Bu gün Siyəzən rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Hadisə Siyəzən-Alxanlı yolunda qeydə alınıb. Şabran rayon sakini, 1985-ci il təvəllüdlü Ramin Nəcəfovun idarə etdiyi yük maşını yoldan çıxaraq aşıb. Qəza nəticəsində sürücü hadisə yerində ölüb.
Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.(APA)

Oxşar xəbərlər