Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub
21-09-2020, 10:17
165

Bacısını öldürən icra nümayəndəsinin oğlu polisə təslim olub

Bakıda qətl törədilib.
Hadisə Xəzər rayonunun Türkan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev münaqişə zəminində bacısı, 1996-cı il təvəllüdlü Aydan Babayevanı odlu silahla 3 dəfə atəş açaraq qətlə yetirib.
M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, hadisəni törədən şəxs Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin oğlu, ölən isə qızıdır.(APA)

Oxşar xəbərlər