Trampı zəhərləmək istəyən şəxs saxlanılıb
21-09-2020, 10:23
157

Trampı zəhərləmək istəyən şəxs saxlanılıb

ABŞ prezidenti Donald Trampa zəhərli bağlama göndərən şəxs Kanada-ABŞ sərhədini keçmək istəyərkən saxlanılıb.
Trend-in məlumatına görə, bu barədə "NBC" telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.
Məlumata əsasən, şəxsiyyəti açıqlanmayan şəxs ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Digər təfərrüatlar barədə məlumat verilmir.

Oxşar xəbərlər