Yasamalda yaşayış binasında yanğın baş verdi
19-11-2020, 09:41
188

Yasamalda yaşayış binasında yanğın baş verdi

Bakı şəhərinin Yasamal rayonunda yanğın hadisəsi qeydə alınıb. 

Bakıtv.az FHN-ə istinadən xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 88 m² olan mənzildə çarpayı və yataq dəsti yanıb. 

Yanğın zamanı 4 nəfər xilas olunub və 9 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub. 

Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər