Dələduzluq yolu ilə vətəndaşlardan 45 min manat alan şəxs saxlanılıb
20-11-2020, 13:49
169

Dələduzluq yolu ilə vətəndaşlardan 45 min manat alan şəxs saxlanılıb

Vətəndaşları aldadaraq onlardan böyük məbləğdə pul alan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olan müraciətlər əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində bu ilin fevral ayından oktyabr ayınadək olan müddətdə 4 Bakı şəhər və 1 Abşeron rayon sakinini aldadaraq onlardan ümumilikdə 45 min manat pul almaqda şübhəli bilinən paytaxt sakini Ç.Əliyev saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər