Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb.
26-11-2020, 14:27
269

Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb.

Bakıda mənzildə köməksiz qalan şəxsin meyiti tapılıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini aidiyyəti üzrə təhvil veriblər.

Oxşar xəbərlər