Ramil Usubov generalın rəis qardaşını Binəqədiyə gətirdi
8-06-2019, 03:20
603

Ramil Usubov generalın rəis qardaşını Binəqədiyə gətirdi

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə yeni rəis təyin olunub.

BAKİTV.AZ-ın xəbərinə görə, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyev işdən azad olunaraq, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi təyin edilib.

4-cü Polis Şöbəsinin rəisi polis polkovniki Etibar Balakişiyev isə DİN Baş Kadrlar İdarəsinin sərəncamına verilib.

Qeyd edək ki, Rahib Mirzəyev DİN Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.

Oxşar xəbərlər