İcra başçısının analoqu olmayan “yaradıcılıq fantaziyası”…
4-07-2020, 16:03
442

İcra başçısının analoqu olmayan “yaradıcılıq fantaziyası”…

Alimpaşa Məmmədov beş döyüşçü qardaşın yaşadığı evi dağıtdırıb…
“Bəzi  yaramaz  icra  başçıları  həm  özlərini,  həm  bizim  iqtidarımızı  biabır  ediblər. Onların  alçaq  hərəkətləri  ümumi  qınaq  obyektinə  çevrilib. Onların  dövlət  mülkiyyətini  talaması,  sahibkarları  incitməsi,  sahibkarlardan  pul  alması,  hər  bir  təyinata  görə  pul  alması,  məktəb  direktorlarından,  xəstəxanalardan  aylıq  haqq  alması  aııahsızlıqdır  və  onlar  bu  cinayətlərə  görə  cavab  verəcəklər”... 
İlham Əliyev
Dövlət başçısı İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd edib ki, ölkəmizdə heç kim toxunulmaz deyil, məmurlar xalqın xidmətçiləridir, onların sahibkarlara süni maneələrin yaratması yolverilməzdir.

Heydər Əliyevin sağında mərhum polkovnik Cahangir Əli oğlu Əliyevdir
Belə olduğu halda, Alimpaşa Məmmədovun Şəmkir rayonunda yalnız sahibkarları yox, bütün kateqoriyadan olan vətəndaşların hüquqlarını tapdalaması, onların dövlətdən və Prezident İlham Əliyevdən narazı salması heç cür anlaşılan deyil.
İcar başçısının haqsızlıqları ilə üzləşənlərdən biri də Şəmkir sakini Əliyev Yusif Əli oğludur. İyunun 26-da (Azərbaycan Ordusunun yarandığı gün) Şəmkir rayon, S.Vurğun küçəsi, 159 №-li evdə yaradılmış “Azərbaycanlıların II Dünya və Qarabağ Müharibəsi iştirakçısı və Veteranlarının Hərbi Şöhrət Sərgisi”ni ziyarət edən zaman bu sərginin yaradıcısı və sponsoru Əliyev Yusif Əli oğlu ilə söhbətimizdə bir-neçə suala aydınlıq gətirməyə çalışdıq.
– Yusif müəllim, bu sərgini yaratmaq, belə xeyirxah işi görmək fikri sizdə nə vaxt yarandı?
– Böyük Vətən müharibəsində və Qarabağ müharibəsində azərbaycanlıların qəhrəmanlığını təbliğ etmək fikri məndə çoxdan, 2013-cü ildə vardı. 1939-1945-ci illərdə döyüşən atamın, Qarabağ müharibəsində erməni hərbiçiləri ilə döyüşən dörd pokovnik qardaşımın qəhrəmanlığını belə bir muzeylə əbədiləşdirmək istədim. Təəssüf ki, həmin dövrdə, 2013-cü ildə Əliyev Qüdrət, Məmmədov Alimpaşa tərəfindən təmsil olunan yerli hakimiyyət orqanları belə bir muzeyin yaradılmasının qarşısını aldılar, həm də məni təqib etməyə başladılar: əvvəlcə Azərbaycanı müdafiə edən polkovniklər, qaradaşlarımın böyüdükləri evi dağıtdılar, bunu qəsdən etdilər ki, Azərbaycan müdafiəçilərinin xatirəsi qalmasın (bəzi sənədləri və şikayətlərimi sizə təqdim edəcəm), sonra məni lağa qoymağa, və istehza etməyə başladılar.

Azərbaycanı ermənilərdən müdafiə edən bütün hərbçilər, məsələn, icra başçısının 1-ci müavini Mədəniyyət Nazirliyinə hərbi şöhrət muzeyi yaratmaq icazəsi barədə yazdığımı bildikdən sonra mənə zəng etdi və hesabat verməyi tələb etdi. Mən ona Heydər Əliyevin və cəbhədəki qardaşlarımın fotoşəkilləri olan bir qəzet göstərəndə dedim ki, dörd qardaşımın hamısı polkovnikdir və ermənilərlə vuruşub. O, mənə qışqırmağa başladı və dedi ki, niyə bir neçə polkovnikin adından, bir qəzetdən yapışmısan? Heç bir polkovniki qəbul etmirəm, yalnız generallarla danışıram. Bundan sonra guya generalın adını çəkdi, burada söhbətini mətni təhqiramiz oldu, ermənilərlə vuruşanların hamısını alçaltdı.
İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov isə daha da irəli gedərək, hərbiçiləri gizli və hiyləgər şəkildə istehza etdi. Qardaşımın Heydər Əliyevlə cəbhədə olduğu bir fotoşəkili göstərdikdə və icra başçısının məhv etdiyi evin bərpası və təmirində mənə kömək etməsini, bu evin ermənilərlə döyüşən beş polkovnikin xatirəsini əbədiləşdirmək üçün xahiş etdim. Komanda daha sonra evin divarlarını yıxmaq, işıqları çıxarmaq və evə taxta bayquş bağlamaq oldu. Bununla da bütün dünyaya dedi ki, mən ermənilərlə döyüşən hərbiçiləri bayquşla müqayisə edirəm.

Bütün dünya xalqlarının mifologiyalarında bir bayquş qəfil ölümün simvolu olan, qaranlıq, pis qüvvələrin təcəssümü hesab olnur. Buna görə də “köhnə zibil”in gətirə biləcəyindən qorxulur: aclıq, müharibə, epidemiya.
İndi baxın, mən Heydər Əliyevlə qardaşımın fotosunu yapışdırıram, sonra Alimpaşa Məmmədov evə bayquş qoymaq əmrini verir. Evimizə Almaniyadan və dünyanın bir çox ölkəsindən çox sayda nümayəndə heyəti gəlmişdir. Hamısı soruşur ki, niyə belə dəhşətli simvolu bağladın? Kim bu evdə böyüdüyünə görə nifrət edir?
– Bəs Alimpaşa Məmmədovun iradəsini pozmağı, sərgini təşkil etməyi necə bacardınız?
– Bu, çoxsaylı məktublar, Putinə, Mədəniyyət Naziriyinə müraciətlərim nəticəsində mümkün oldu.
Sərginin bütün bölmələrinə diqqətlə baxdım. İnanıram ki, Şəmkir sakinləri, Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsi veteranları və yaxınları, dostları Yusif müəllimə çox minnətdar olacaqlar. Bu fikirmi onun özü ilə bölüşəndə, Yusif müəllim bir az qəmli səslə, gözləri yaşarmış halda əlavə olaraq dedi: “Cəbhə bölgələrində döyüş səngiyəndə, qısa müddətli bir-iki gün sakitlik yarananda qardaşlarım bir-neçə saatlığa doğma yurda, atamı, bizi görməyə gəlirdilər ”.
Qoca sərkərdə II Dünya Müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Əli kişi oğlanlarını, döyüşçü-polkovnikləri təlimatlandırıb, onları yeni bir ruh yüksəkliyi ilə döyüş meydanlarına yola salırmış. Ancaq rayon rəhbərliyi, şəxsən Alimpaşa Məmmədov tərəfindən beş nəfər döyüşçü polkovnik yetirmiş, tərbiyə etmiş Hüseynov Əli Qulu oğlunun ailəsinə ögey minasibət bəsləyərək, onların evini dağıtmış, “bayquş” simvolu vurdurmuşdur.

Alimpaşa Məmmədovun içində gizlədə bilmədiyi nifrəti, həqarəti, bu münasibəti, mənə elə gəlir ki, tək qəhrəman oğullar yetirmiş Əliyevlər ailəsinə deyil, erməniyə qarşı döyüşən Azərbaycan övladlarına, bütün müharibə veteranlarına yönəlib. Yüksək təfəkkürlü, dərin düşüncəli insan belə cılız hərəkət etməzdi.(ovqat.com)

Oxşar xəbərlər