Səfər Mehdiyev, sayılı günlər qalıb, hazır ol-700 milyon kəsiri kim ödəyəcək, cənab DGK sədri ?
16-02-2021, 16:49
225

Səfər Mehdiyev, sayılı günlər qalıb, hazır ol-700 milyon kəsiri kim ödəyəcək, cənab DGK sədri ?

Mediada yayılan məlumata görə, hüquq-mühafizə orqanları Vergilər Nazirliyində (VN) və Dövlət Gömrük Komitəsində (DGK ) birgə yoxlamalar keçirib. 
Yoxlamanın nəticələri hətta hakimiyyətin ən yüksək pilləsində  olanları da heyrətə gətirib. 
Təsəvvür edirsiniz, təkcə DGK-nın 700 milyon kəsiri, yəni vergiyə olan borcu aşkar edilib. 
DGK sədri seçiləndə “Kim inhisarçılıqdan, korrupsiyadan bircə fakt göstərsə, istefa verməyə hazıram” deyən Səfər Mehdiyev 700 milyon  kəsrin  hansı səbəbdən yarandığına aydınlıq gətirə bilməyib. 
Kəsrin konkret olaraq Səfər Mehdiyevin DGK-ya rəhbərlik etdiyi dönəmdə  yarandığı bəlli olub. 
700 milyon kəsrin qısa müddətdə ortadan qaldırılması Səfər Mehdiyevə tapşırılıb. 
Hazırda DGK-da korrupsiya əməlləri ilə bağlı araşdırmalar davam edir. 
Səfər Mehdiyev unudur ki, uzun illər DGK-da söz sahibi olub, hətta Aydın Məmmədov komitə sədri olanda da. Yəni uzun illərdir ki, DGK-nı Səfər Mehdiyev idarə edir. 
Təsəvvür edirsiniz, Səfər Mehdiyevin 3 mindən artıq işçisinin yarıdan çoxu sədrin qohum-ərəbası, kəndçiləri, tələbə dostlarıdır bir söz NEHRƏMLİLƏR. 
Yəni DGK əslində Səfər Mehdiyevin özəl şirkəti,sanki imperiyasıdır. 
Səfər Mehdiyevin nəzərinə bir neçə faktı çatdıraq.
Ölkədən  hazır məhsul ixracı ilə xammal ixracı arasında yüz minlər  miqdarında fərq yaranır. Deməli, sən sadəcə kodu dəyişməklə, yəni xammalı hazır məhsul kimi “oformit” etməklə milyonlar qazanırsan. Bu bir fakt. 
Ölkədə daxil olan, yəni idxal məhsullarını səbəbsiz yerə günlərlə gecikdirməklə neçə yüz min cərimə yazıb qazanırsan? 
Heç nəyə yaramayan bəyannamələrə görə iş adamları qaynın Zeynal Tarquliyevə milyonlar ödəyir...
Bütün bunlardan xəbərin yoxdur, cənab  Səfər Mehdiyev? 
Bəlkə ölkəyə avtomobil idxalından qazandığın milyonları  araşdıraq ? 
Hər avtomobilə  qoyduğun  “rüsumun” dünyada analoqu yoxdur. 
Bütün bunlar azmış kimi, korrupsioner məmurların  ərköyün balları sənin yanında özlərinə  isti sığınacaq tapıblar. Həbs edilən Vüqar Səfərlinin oğlu, icra başçısı Əhəd Abıyevin oğlu,həbs olunan icra başçılarının oğlanları və digərləri. 
Nehrəm uşaqlarını ora yığıdığın bəs deyil, hələ məmur balalarını da  himayə edirsən? 
Cənab Səfər Mehdiyev ! 
Sən 700 milyon kəsirə görə cavab verməlisən. Sayılı günlər qalıb. Hazır ol! 
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər