Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI
19-07-2020, 16:39
429

Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı - SİYAHI

Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Azərbaycandakı mülk və torpaqlarını satışa çıxarıb.

“Bakı Tv” xəbər verir ki, bu haqda məlumatı jurnalist Cavanşir Həsənli yayıb.

O, keçmiş nazirin aşağıdakı əmlakları satışa çıxardığını bildirib:

1) Giləzidə 100 hektar zeytun bağı, möhtəşəm turizm istirahət mərkəzi,

2) Xızıda Altıağacda 70 hektar meşə ərazisi, dağın üstündə onlarla kottec;

3) Quba-Qəçrəş yolunda Qərb Universitetinin adına 60 hektar torpaq sahəsi, ferma, içərsində 5 hektarı əhatə edən göl, villalar;

4) Qəbələ, Oğuz, Qax, Zaqatalada hektarlarla qoz, şabalıd, fındıq bağları;

5) Astara İstisu ərazisində möhtəşəm istirahət mərkəzi.

Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı
Hüseynqulu Bağırov əmlaklarını satışa çıxardı

Oxşar xəbərlər