Dairə qapanır, cənab İradə Gülməmmədova- İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır
1-03-2021, 20:51
256

Dairə qapanır, cənab İradə Gülməmmədova- İcra başçısının qardaşı Rövşən Quliyev hələ də Abşeronda at oynadır

Abşeron  rayonu əvvəldən  qalmaqallı rayon olub. Bu rayonun rəhbərləri  gah avtoqəzaya  düşüb dünyasını dəyişib, gah da sovetin son dönəmində olduğu kimi öz əcəli ilə dünyasını dəyişməyib. Yəni bu rayonun başı üzərində, daha dəqiq desək, BAŞÇI-larının başı üzərində həmişə qara buludlar dolaşıb. 
Bəlkə bu da bir qəzavü-qədərdir ki, çox az sayda rayonlardan biri kimi Abşeronun da icra başçısı qadındır. Son vaxtlar rayonun icra  başçısı İradə Gülməmmədovanın da başının üstündə qara buludlar sıxlaşır. 
Əsas mövzuya  keçməzdən öncə İradə Gülməmmədova ilə bağlı bir xırda epizoda  nəzər salaq.  
Deməli, xanım icra başçısı hər gün səhər iclasında işçilərə xəbərdarlıq edir: “ Özünüzü yaxşı aparın, diqqətli olun…yoxsa, …müəllim gəlib  bizi tənbeh edər, cəzalandırar..”
Bu İradə Gülməmmədovaya başa  salan yoxdur ki, sənə etimad göstərib  Abşeron  boyda rayona icra başçısı  təyin edən cənab prezident İlham Əliyevdir. 
Kobud siyasi səhvə yol verdiyini anlamırsan, İradə Gülməmmədova ? 
Bəlkə ikinci  daha ağrılı bir epizodu sənin yadına salaq. 
30 sentyabr ad gününüzdə  kabinetdə əyləşib bahalı hədiyyələr qəbul edirdiniz. 
Bax, həmin gün Füzulidə, Cəbrayılda, Ağdamda yüzlərlə Azərbaycan övladı vətən uğrunda şəhid olurdu, ay İradə Gülməmmədova …
Belə qandonduran hallar kifayət qədərdir. 
Səndə analıq, qadınlıq, bacılıq hissi olsaydı…həmin günlər şadyanalıq etməzdin. 
Bütün bunlar məsələnin MƏNƏVİ tərəfi. 
İndi isə keçək hüquqi müstəviyə
Şükür  MÜZƏFFƏR Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  şanlı Ordumuz  Qarabağda  Zəfər qazandı. 
Amma yenə problemlərimiz var, şəhid balaları, ailələri hələ də matəm içindədir, qazilərimiz  ağır sarsıntı keçirir. 
Sən isə xanım başçı…
İndi də 8 mart bayramına hazırlıq görürsən. 
Rayondakı  bütün məktəblərin, uşaq bağçalarının müdirlərini, bələdiyyə sədrlərini QIRMIZI ÇADIRA çağırmısan ki, sənə xələt versinlər. 
Şəhid ailələri hələ də YAS-dan çıxa bilmir, sən isə bayramı qeyd etməyə hazırlıq görürsən. 
Qiymətlər də belədir:
1.    İcra nümayəndələri  ən azı 1000 manat 
2.    Bələdiyyə sədrləri   2000-3000 manat
3.    Bağça müdirləri ən azı 500-1000 manat
 

Kabinetinin ağzında növbə yaranır  İradə Gülməmmədova. 
Sən isə böyük  məktəblərdən  3000  tələb edirsən.  
İndi isə sənin təhsil, bağça, bələdiyyə biznesindən keçək tikinti biznesinə Gülməmmədova. 
Bu biznesinin başında bacın oğlu Babək Zalov dayanırdı. 
Sizin torpaq və tikinti biznesinizin başında dayanan BABƏK  və ümimilikdə 9 nəfərin  həbs olunmasına  və sizə olan ciddi xəbərdarlığa  baxmayaraq…  hüquq şöbəsinin müdiri  Qubatov Rəşadın rəhbərliyi ilə qanunsuz tikinti  biznesiniz  hələ də davam edir. 
İradə Gülməmmədova, siz başa düşmürsünüz, sizi nə gözləyir ?
Saray  bələdiyyəsində ( Məhi-yəddin ) , Goradildə ( icra nümayəndəsi ) Akifin vasitəsilə nə şəbəkə yaratmısınız ? 
İradə Gülməmmədova, bəziləri deyir ki, bu qadın qurd ürəyi yeyib, bəziləri  deyir nə qurd, lap şir, aslan ürəyi yeyib.
Sən deyəsən, aslanın erkəyi, dişisi olmaz şüarına inanmısan. 
Cənab başçı ! 
Rüşvət toplamaq üçün rayonda onbaşı sistemi yaratmısan. 
1.    Bağçalardan, məktəblərdən pul yığan onbaşı –Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Afaq Həsənova 

2.    Bələdiyyələrdən  pul yığan isə ərazi idarəetmə şöbəsinin müdiri Azər Məmmədovdur. 


Yığdığın pullarla malik olduğun əmlak heç İran şahında olmayıb, cənab başçı: 
1.    Heydər Əliyev məscidinin yanında dəyəri 10 milyon olan 4 mərtəbəli mülkün
2.    VİMAY  klinikanız ( İRON otelinin yanında, Binəqədi rayonu, Rəsulzadə qəs, M.Davudoğlu küş 12 a) 
3.    Qızının 2 bağçası və oğlunun nəhəng restoranı 
4.    Xırdalanda ərinin xeyli sayda aptekləri 
5.    Özünün Goradildə xeyli sayda şərab mağazaların
6.    Xutorda köhnə evinin yerində gözəllik salonun
7.    Daşkəsəndə Xaşbulaq yaylağında qoyun sürülərin
8.    Ağcabədidə  hektarlarla torpaq sahələrin və daha nələr

Bütün bunları hansı pulla, hansı yolla əldə etmisiniz, cənab başçı ?
Həyat yoldaşınız Yolçu da bir vaxtlar həbsdə olub sonra buraxılıb. 
Yeri gəlmişkən, bir məsələ də xüsusi ilə çox maraqlı və vacibdir. . 
Arxitektura və Memarlıq Komitəsinin nəzəri  Abşeronda  niyə hiss olunmur ? 
Yüksək gərgilik altında, Vulkanik ərazilərdə, Kanalizasiya xətlərinin üstündə nə qədər obyek tikilir. Amma baxan yoxdur. 
Aldığımız məlumata görə, tikinti ilə bağlı bütün sənədlər Arxitektura Komitəsinin fəaliyyətə başladığı 2018-ci ilə qədərə aid edilir. Yəni bütün sənədlər köhnə tarixə “oformit” olunur. 
Hətta deyilənə görə, rayonun həbs olunan baş memarı Akif Əliyevin möhürü İradə Gülməmmədovada olduğu üçün hazırda bütün sənədləri 2018-ci ilədək sənədləşdirib  vətəndaşlara satırlar. 
Bütün bunları  müvafiq dövlət qurumları ciddi araşdırmalıdır. 
Məlumata görə, bütün həbs olunanlar yığılan rüşvətin İradə Gülməmmədovaya verilməsi barədə izahat veriblər.
Onda sual olunur: 
Niyə İradə Gülməmmədova məsuliyyətə cəlb olunmur ? 
Sakinlər icra başçısının həbs olunmasını gözləyir..
İradə Gülməmmədova isə hazırda öz vəzifəsini yerinə yetirə bilmir. Rayonda dəhşətli antisanitariya hökm sürür. 
Sonuncu qarda isə rayonun bir nəfər kommunal  işçisi də bircə lopatka qar təmizləmədi. Və rayonun yollarında avtomobillər zəncirvari toqquşub. Bir sözlə, rayonda əməlli-başlı anarxiyadır. 
Sonda bir  məsələni  xüsusi qeyd edək. 
Hazırda bütün Abşeron rayonu sevinir ki, İradə xanımın bacısı oğlu Babək həbs olunub, hamı hüquq-mühafizə orqanlarına təşəkkür edir. 
Ancaq Babək həbs olunsa da, başçının  qardaşı  Rövşən Quliyev hələ də  Abşeronda at oynadır
Rövşənlə bağlı hüquq-mühafizə orqanlarında kifayət qədər material var. 
Görəsən, hansı GÜCLÜ  ƏL Rövşən Quliyevi qoruyur ? 
Bir sözlə, suallar çoxdur. Amma atalar deyir ki, sonuncu ümid ölür. 
Bəli, İradə xanım və ailəsi ümidi falçılara bağlayıb. 
Deyəsən, DAİRƏ qapanır, İradə xanım. Hazır olun !.
''Gündəlik Bakı''nın Araşdırma Qrupu(gundelik-baku.com)

Oxşar xəbərlər