“Şapka Mamed”in kitabı : “Mən belə Qurbanam”- Məmməd Musayev də həbs oluna bilər...
6-05-2021, 17:20
194

“Şapka Mamed”in kitabı : “Mən belə Qurbanam”- Məmməd Musayev də həbs oluna bilər...

Azərbaycanda “Şapka Mamed” kimi tanınan Məmməd  Qurban oğlu Musayev   Qazax  rayonunda müəllim ailəsində doğulub. 
Uzun müddət  bank sektorunda rəhbər vəzifələrdə çalışan Məmməd Musayev vətəndaşlara verilən kreditlərin  hamısından “şapka” alırdı. 
1984-cü ildən 1992-ci ilədək Dövlət Bankının Qaradağ şöbəsinin, Aqrar Sənaye Bankının Əməliyyat idarəsinin rəisi, 1992-ci ildən Respublika Səhmdar Kommersiya Aqrar Sənaye Bankının İdarə Heyətinin Sədri, 2001-ci ildən isə hal-hazıradək "Aqrarkredit" Səhmdar Kredit Təşkilatının İdarə Heyətinin Sədri vəzifəsində çalışan Məmməd Musayevin  təşəbbüsü ilə 1995-ci ildə Türkiyə Respublikasının ən böyük kənd təsərrüfatı bankı olan "Ziraat" Bankı və Aqrar Sənaye Bankının birgə təsisçiliyi ilə  “Azər-Türk Bank” Birgə Səhmdar Kommersiya Bankı yaradılmışdır. 
Məmməd Musayev  “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının Sədri, Azərbaycan Banklar Assosiasiyasının Rəyasət Heyətinin üzvüdür.
Məmməd Musayevin korrupsiya  əməlləri  barədə sabiq Baş prokuror Zakir Qaralova  yazılan şikayətləri  bir yerə yığsalar  böyük təpə yaranar. Amma heç bir nəticə olmayıb. 
Savadlı  bank mütəxəssisləri bilir ki, Məmməd Musayev qeyri-peşəkar, səriştəsiz bank rəhbəri olub və həmişə öz mənfəətini güdüb. 
Əslində Beynəlxalq  bankın rəhbəri  Cahangir Hacıyev həbs ediləndə “Şapka Mamed”  də həbs olunmalı idi. 
Amma indi də gec deyil. Və qanunların həyata keçməsi üçün Məmməd Musayev mütləq həbs olunmalıdır. 
Onu da  qeyd edək ki, Məmməd Musayevin sahibi olduğu “Turanbank”ı  oğlu  Fuad Musayev idarə edir. 
“Şapka  Mamed”  vaxtilə problemli kreditləri həll etmək üçün “qoçu dəstələri”  saxlamağı təklif etmişdi. 
Sözün qısası, bu adam Azərbaycan cəmiyyətində ancaq mənfi imici ilə tanınır. 

P.S. Ay Məmməd müəllim, “Mən belə Qurbanam” kitabını hansı məqsədlə yazdırmışdın ? 
Soruşmaq ayıb olmasın, Qurban müəllim orta məktəbdə şagirlərinə necə münasibət bəsləyirdi, hansı gözlə baxırdı ?


Dərdini-qəmini mən çəkə-çəkə,
Qurbanı gizlədin, çağırdın “ləkə”...
Gör indi nə deyir sənə el-ölkə,
Özünü, həm məni xar etmədinmi?!
Ovçu gözlərimi kor etmədinmi?!

Kommunist qəzetində dərc olunan LƏKƏ poemasının tarixi əhəmiyyəti növbəti yazımızda... 





Oxşar xəbərlər