Nazir müavini təcrübəsiz, gənc nazirin ''torbasını'' tikir- Firudin Qurbanov nazir olmaq eşqinə düşüb...
21-05-2021, 18:44
288

Nazir müavini təcrübəsiz, gənc nazirin ''torbasını'' tikir- Firudin Qurbanov nazir olmaq eşqinə düşüb...

Firudin QURBAN-ov  naziri QURBAN  verir... 

Firudin Qurbanov  distant-ikinci  ali təhsildən neçə milyon qazanıb ?  


Bir az açıq  danışaq. Bütün zamanlarda rüşvət olub və olacaq. Füzuli əbəs yerə demirdi ki, “Salam verdim, rüşvət deyildir deyə, almadlar”. Amma…
Amması odur ki, elə sahələr var ki, rüşvət orda çiçəklənəndə millətin gələcəyi məhv olur. Məsələn, təhsil sahəsi
70 il yaşadığımız sovet dönəmində də  təhsil sahəsində az-çox rüşvət var idi, amma belə yox. 
Axı, Təhsil  Nazirliyi Kənd Təsərrüfatı nazirliyi, yaxud Şərabçılıq Komitəsi, Gömrük Komitəsi deyil. 
Amma Firudin Qurbanov kimi  “qoca təhsil  boss”ları  təhsil sistemini elə günə qoyub ki, düzəltmək müşkülə çevrilib. 
Söhbət  2014-cü ildən təhsil nazirinin müavini olan Firudin Qurbanovdan gedir. 
Bu adamın xarici ölkələrdəki biznesini görəndə adam mat-məəttəl qalır. Axı yuxarıda qeyd etdik ki, bu şərabçılıq  naziri deyil, təhsil nazirinin müavinidir. 
Mediada yayılan məlumatlardan bəlli olur ki, Sloveniyada FİREM D.O.O. (Məhdud Məsuliyyətli Cəmiyyəti) 2014-cü il fevralın 9-da qeydiyyatdan keçirilib. 
Sloveniya mənbələrinin məlumatına görə şirkət xidmət və ticarət sahəsində fəaliyyət göstərir. Direktoru Firudin Qurbanovdur.
Şirkət 6671381000 saylı lisenziya ilə Sloveniyanın şərqindəki kiçik Rogaška Slatina şəhərində, Celjska cesta 6 ünvanında hüquqi qeydiyyata alınıb. Sözügedən ünvanda isə şəhərin 4 ulduzlu "Slatina" oteli yerləşir. Eyni ünvanda daha bir şirkət - HOTEL SLATINA d.o.o. qeydiyyatdan keçib. Bu şirkət otelin idarəçiliyini həyata keçirir. 
Axı,  Firudin  Qurbanov  otel idarəçiliyini, xidmət sektorunu, ticarət sahəsini  haradan bilir və ən əsası bu biznesə yatırdığı  pulları haradan qazanıb. 
Tanıyanlar bilir ki, Firudin Qurbanov Moskva Kooperasiya İnstitutunun Bakı filialında işləyəndə ən  bərk gedən şəxs olub. Hətta tələbələrin qayıblarını da nə isə qarşılığında sildirib, imtahanlarda əməlli-başlı qazanıb. 
Sonralar  Firudin Qurbanov  bir müddət BDU-da rektor əvəzi də işləyib. Həmin dövrün  canlı şahidləri deyir ki, rektor əvəzi BDU-nun olub-qalan nüfuzunu da  zay günə qoydu. 
Tələbələrin xaricdən köçürülməsinin qiymətləri Firudin müəllimin sayəsində  çox bahalaşdı. Bu həm də daxili köçürmələrə də aid olub. Müəllimlərin işə tam və yarımştat düzəlməsi, saathesabı dərslər Firudin müəllimin sehrli çubuğu ilə qalxaraq ona yüz minlər qazandırıb.  
Firudin müəllim kimlərisə işə düzəldəndə təkcə pul-paranı deyil, məmurların sevgisini də nəzərə alırdı. Beləcə, cənab rektor əvəzi  BDU-nun köhnə bazarına təzə nırx qoydu.
Hələ Firudin müəllimin məmur dostlarının uşaqlarının  imtahanlarını tapşırmaq, qayıb sildirmək və s. adi normaya çevrilmişdi. Bu da cənab Qurbanov üçün əlavə qazanc mənbəyi idi. 
Bir məsələyə də ötəri toxunmaq istəyirik, sonra bu məsələni ciddi araşdıracağıq. Belə ki, Firudin Qurbanov  distant deyilən 2-ci ali təhsildən bəlkə də milyonlar qazanıb. 
Bəli, Firudin Qurbanov millətin təhsili üzərində özünə əməlli-başlı biznes qura bilib. 
Bəs Azərbaycan Konstitusiyası deyir ki, məmur bizneslə məşğul ola bilməz. Firudin  kimilərin qanunu da, imanı da puldur.  
Firudin Qurbanov  öz qohum-ərəbasını da təhsil sahəsinə doldurub. 
Təsəvvür edirsiniz, orta məktəblərə müəllim, hətta laborant düzəlmək Firudin Qurbanov üçün biznesdir. Məktəb direktorları məsələsi isə  Firudin Qurbanovun elə bil özəl biznesidir. 
Onu da qeyd edək ki,  təzə və gənc nazir  Emin Əmrullayevin  nazir stajı hələ 1 il deyil, iyul ayında olacaq. Digər tərəfdən gənc nazirin təcrübəsizliyindən istifadə edən  Firudin Qurbanov  nazirlikdə, ümumiyyətlə, təhsil sektorunda  elə əməllər edir ki, nazirin xəbəri olmur. Və yəqin ki, yaxın zamanda bunun səs-küyü qalxacaq. 
Firudin Qurbanovun da məqsədi odur ki, naziri qurban verərək, özü nazir kreslosunda əyləşsin. 
Görəsən, nazirin bundan xəbəri varmı..? /Gundelik-baku.com/

Oxşar xəbərlər