“Baş”sız səhiyyəmizin təzə “baş”ı peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...
22-09-2021, 13:22
209

“Baş”sız səhiyyəmizin təzə “baş”ı peyda olub…- Həkim-deputat Rəşad Mahmudovun NAZİR olma eşqi...

Həkim-deputat- (nazir)  Rəşad Mahmudov 

Türk həkimlər Rəşad Mahmudovun qoyduğu  diaqnoza o qədər  gülüblər…

Müstəqillik dönəmində ən çox bəxti gətirməyən sahələrdən biri də milli səhiyyəmiz olub. 
Əli İnsanov kimi bir cinayətkar  1993-2005-ci illərdə səhiyyə naziri olanda  bütün xəstəxanaların ərazisini sataraq milyonçuya çevrilib. Əli İnsanov hətta humanitar yardım kimi gələn dərmanları  da  çox baha qiymətə satırdı. Onun nazir olduğu dönəmdə  səhiyyəmiz  acınacaqlı  duruma düşdü. 
Əli İnsanov həbsxanaya düşəndən sonra Allah qoymasa Oqtay Şirəliyev  səhiyyə naziri oldu. Düz 17 il  Oqtay Şirəliyev  milli səhiyyəmizi bərbad günə saldı. 
Azərbaycan səhiyyəsi  hazırda dünyada ən aşağı səviyyədədir. 
Azərbaycan səhiyyəsi deyəndə hamının ağlına sol ayağın əvəzinə  sağ ayağı kəsən cərrahlar gəlir. Yəni heç orta əsrlərdə də belə hal ola bilməzdi. 
Bəli, düz 30 ildir  səhiyyəmiz bu gündədir. 
Azərbaycanda kimin qarnı ağrıyırsa, az-çox imkanı varsa xaricə qaçır. Bəs  onda milli səhiyyəmiz kimə lazımdır. 
Bəli, milli səhiyyəmiz kasıbların cibinə girmək  və onları zəlil etmək üçündür. 
Oqtay Şirəliyev  nazir kreslosundan gedəndən sonra xeyli vaxtdır ki, bu vəzifə boşdur. Daha doğrusu, bu vəzifəni Teymur Musayev  icra edir.  
Ona görə də  səhiyyə naziri olmaq uğrunda hazırda  “şıdırqı mübarizə”  gedir. 
Mübarizənin ön cəbhəsində  doktor-deputat Rəşad Mahmudov  gedir. Cənab deputat indi də səhiyyə naziri olmaq istəyir. 
Rəşad Mahmudov Azərbaycanda az-çox tanınmış ürək cərrahıdır. 
Məlumat üçün qeyd edək ki, Rəşad Mahmudov 18 yanvar 1974-cü ildə Astara rayonunda anadan olmuşdur. Orta məktəbi öz rayonlarında  bitirib. Və 1991-1997-ci illərdə   Türkiyədə 9 Eylül Universiteti, Tibb fakültəsində ali təhsil almışdır.
1997-2003-cü illərdə Türkiyədə  ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında təhsil almışdır.
2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək, Tibb elmləri namizədi alimlik dərəcəsi almışdır.
2007-2015-cı illərdə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.
Buradək hər şey yaxşı, hər şey əla. 
Əli İnsanov da, Oqtay Şirəliyev də elmlər doktoru, professor idi. Ancaq rüşvətin və korrupsiyanın professoru idilər. 
Yəni Rəşad Mahmudovun professor olmağı hər şey demək deyil.  O da  sələflərinin yolu ilə gedəcəksə, vay bu millətin halına. 
Media üzərindən Rəşad Mahmudovla bağlı xırda bir araşdırma apardıq. 
Məlum oldu ki, Azərbaycan vətəndaşı olan Rəşad Mahmudov heç vətən qarşısında hərbi borcunu yerinə yetirməyib, yəni əsgəri xidmətdə olmayıb. 
Bu barədə suala Rəşad Mahmudov o qədər uzun, mənasız cavab verir ki, adamın utanmaqdan başqa çarəsi qalmır. 
Sənə konkret sual verilib, konkret cavab ver də. Denən, bəli, əsgəri xidmətdə olmamışam. 
Rəşad Mahmudovla bağlı başqa bir  üzqarası da var. 
Vətəndaş iddia edir ki, doktor Rəşad Mahmudovun  şəxsi hesabına 9 min manat pul köçürmüşəm ki, uşağımı müalicə etsin. 
Rəşad Mahmudov daş atır  başını  tutur  ki, Nazirlər Kabineti belə gəldi, Prezident Aparatı elə getdi-filan. 
Əşi sənə deyirlər ki, 9 min manat pul vermişik. Bunun Nazirlər Kabinetinə nə dəxli var ? 
Hələ bu harasıdır ?
9 min manatı alan Rəşad Mahmudov  əməliyyatdan imtina edib və uşağın valideyninə deyib ki,  “krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün”. 
 Naəlac  qalan uşağın valideynləri  onu Türkiyəyə müalicəyə aparıblar. Rəşad  Mahmudovun  qoyduğu diaqnoza  türk həkimləri o qədər gülüblər və uşağı əməliyyat edərək sağaldıblar.  
Buna nə deyirsən, cənab doxtur millət vəkili ? 
Yeri gəlmişkən, doktor Rəşad  Mahmudov  iki dəfə Astaradan millət vəkili seçilib.  
İndi özün de, doktor-deputat, səndən nazir olarmı ? /Gundelik-baku.com/

Oxşar xəbərlər